BAKI, 14 aprel. TELEQRAF
“İran ABŞ ilə danışıqlara hazırdır, amma hüquqi normalar çərçivəsində”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkyan fransalı həmkarı Emmanuel Makronla telefon danışığı zamanı deyib.
“İran diplomatiyanı mübahisələrin həlli üçün ən üstün yol hesab edir və milli ləyaqətini və nüfuzunu qoruyub saxlayaraq, hüquqi normalar çərçivəsində danışıqlara hazır olduğunu bəyan edir”, - dövlət başçısı bildirib.