BAKI, 9 aprel. TELEQRAF
İsrailin Livana hücumları ABŞ və İran arasında atəşkəsi pozmaq məqsədi daşıya bilər.
Teleqraf xəbər verir ki, bu barədə “Politico”ya Avropa İttifaqı rəsmisi deyib.
Livanda baş verənləri şərh edən digər Aİ rəsmisi qeyd edib ki, bu vəziyyət əvvəlcədən proqnozlaşdırılırdı. Başqa bir mənbə bildirib ki, Brüssel beynəlxalq tərəfdaşları ilə birlikdə Livan məsələsində daha fəal olmalı və danışıqların bərpasına təkan verməlidir. “Görünür, Livana kifayət qədər diqqət yetirilmir, laqeydlik var”, - o vurğulayıb.