BAKI, 8 aprel. TELEQRAF

“İsrail yenidən İrana qarşı hərbi əməliyyata qayıtmağa məcbur olacaq”.

Teleqraf xəbər verir ki, bunu İsrailin “Beyteynu” partiyasının sədri, keçmiş müdafiə naziri Aviqdor Liberman deyib.

Sabiq nazir İranla atəşkəsi sərt tənqid edərək, bunun İsrail üçün doğru qərar olmadığını bildirib.

“Atəşkəs ayətullah rejiminə fasilə və öz qüvvəsini yenidən təşkil etmək imkanı verir. Daha çətin şərtlər altında başqa bir hərbi əməliyyata qayıtmalı olacağıq”, - Liberman vurğulayıb.