BAKI, 2 aprel. TELEQRAF

Rusiya Prezidenti Vladimir Putin və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud arasında telefon danışığı olub.

Teleqraf xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Kreml İrandakı böhranla bağlı bir sıra məsələlərin ətraflı müzakirə olunduğunu qeyd edib. Bölgədə hərbi-siyasi vəziyyətin pisləşməsi, mülki şəxslər arasında itki və strateji əhəmiyyətli infrastrukturun dağıdılması ilə bağlı ciddi narahatlıq ifadə olunub.

Bəyanatda deyilir: “Hər iki tərəf bütün tərəflərin qanuni maraqlarını nəzərə almaqla, münaqişənin uzunmüddətli həllinə nail olmaq üçün hərbi əməliyyatların dərhal dayandırılmasının və siyasi-diplomatik səylərin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Putin və bin Salman İrandakı böhran fonunda neft bazarını sabitləşdirmək üçün OPEC+ səylərinin vacibliyini də qeyd eib.