BAKI, 18 mart. TELEQRAF
“İranın Körfəz ölkələrinə hücumları onları İsrail və ABŞ-yə daha da yaxınlaşdırır”.
Teleqraf xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) prezidentinin baş müşaviri Ənvər Qarqaş deyib.
“İranın Körfəz ölkələrinə tammiqyaslı hücumu əslində İsrailin bölgədəki rolunu zəiflətmək əvəzinə gücləndirəcək. Bizə tuşlanmış 2 000 İsrail raket və PUA-sı görmürük, amma bizi hədəf alan 2 000 İran raketi və PUA-sını görürük.
Bu durum İsraillə əlaqəsi olan ölkələr üçün bu əlaqələr daha da güclənəcək. Əlaqəsi olmayan ölkələr üçün isə çoxsaylı kanallar açılacaq”, - BƏƏ rəsmisi vurğulayıb.