BAKI, 9 mart. TELEQRAF
Türkiyənin Şimali Kiprdə yerləşdirdiyi altı F-16 qırıcı təyyarəsi ada üzərində uçuşlar həyata keçirib.
Teleqraf xəbər verir ki, bu barədə TRT məlumat yayıb.
Kanal bildirib ki, Türkiyə qırıcılarının yerləşdirilməsi Yunanıstanın Cənubi Kiprə dörd F-16 göndərməsindən sonra baş verib.
Türkiyə Müdafiə Nazirliyi bundan əvvəl Şimali Kiprdə altı F-16 qırıcı təyyarəsi və hava hücumundan müdafiə sistemləri yerləşdirildiyini açıqlamışdı. Nazirlik iddia etmişdi ki, bu qərar bölgədəki son hadisələr fonunda və Şimali Kiprin təhlükəsizliyini tədricən gücləndirmək tədbirlərinin bir hissəsi olaraq verilib.