BAKI, 5 mart. TELEQRAF
İsrail və ABŞ-nin İrana hücumundan sonra baş verən hadisələrlə əlaqədar olaraq İrandan Türkiyə sərhədlərinə doğru kütləvi qaçqın axınının olduğu barədə sosial mediada yayılan paylaşımlar və xəbərlər həqiqəti əks etdirmir.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyinin sözçüsü Zəki Aktürk bildirib.
O qeyd edib ki, sərhədlər bütün növ təhlükələrin qarşısının alınması məqsədilə 7 gün 24 saat fasiləsiz şəkildə qorunur.
“Türkiyə Silahlı Qüvvələri digər aidiyyəti qurumlarla koordinasiyalı şəkildə regional proseslərlə bağlı bütün mümkün ssenarilərə qarşı zəruri tədbirləri görür”, - Zəki Aktürk əlavə edib.