BAKI, 12 fevral. TELEQRAF
ABŞ Suriyanın şərqində, İordaniya və İraq sərhədində yerləşən Ət-Tənf hərbi bazasından öz qüvvələrinin çıxarılmasını tamamilə başa çatdırıb.
Teleqraf xəbər verir ki, bu barədə "Reuters" ABŞ rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, ABŞ hərbi obyekti və oradakı nəzarəti Suriya ordusuna təhvil verib.
Qeyd edək ki, "Shafaq News" portalı daha əvvəl koalisiya qüvvələrinin bazanı tərk edərək İordaniya ərazisinə keçdiyi, onların ardınca isə Suriya hərbçilərinin əraziyə yerləşməyə başladığı barədə məlumat yaymışdı.
Pentaqon hələlik məsələ ilə bağlı rəsmi açıqlama verməyib.
Xatırladaq ki, 2014-cü ildə İŞİD-lə mübarizə çərçivəsində yaradılmış bu hərbi baza regionda həlledici strateji nöqtə hesab olunur.
Baza Suriya, İordaniya və İraq sərhədlərinin kəsişməsində yerləşir. Bu obyekt regional ticarət və hərbi logistika üçün həyati əhəmiyyət kəsb edən Dəməşq – Bağdad magistral yoluna birbaşa nəzarət imkanı verirdi.