BAKI, 10 fevral. TELEQRAF

İsrail Baş naziri Benyamin Netanyahu Vaşinqtona səfəri zamanı İranla danışıqlarla bağlı öz baxışını ABŞ Prezidenti Donald Trampa təqdim etməyi planlaşdırır.

Teleqraf xəbər verir ki, baş nazir bu məsələ üzrə İsrailin mövqeyinin Yaxın Şərqdə sülh və təhlükəsizlik istəyən hər kəs üçün önəmli olduğunu bildirib.

“Səfər zamanı bir sıra məsələləri, o cümlədən Qəzza və regiondakı vəziyyəti müzakirə edəcəyik, əlbəttə, ilk növbədə İranla danışıqları. Prezidentə bu danışıqların aparılması prinsipləri ilə bağlı yanaşmamızı, mühüm prinsipləri təqdim edəcəyəm. Fikrimcə, bu, təkcə İsrail üçün yox, Yaxın Şərqdə sülh və təhlükəsizlik istəyən bütün dünya üçün əhəmiyyətlidir”, - Netanyahu vurğulayıb.