BAKI, 27 oktyabr. TELEQRAF

Oktyabrın 27-də saat 13:30 radələrində 2 nəfər (1 kişi, 1 qadın) Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bu barədə Teleqraf-a TƏBİB-dən bildirilib.

"Müxtəlif bədən xəsarətləri alan pasiyentlər üzərində hazırda cərrahi əməliyyat icra olunur. 1 nəfərin vəziyyəti ağır, digər şəxsin vəziyyəti isə orta ağır qiymətləndirilir", - məlumatda deylir.

Qeyd edək ki, 1998-ci il təvəllüdlü Pərvin İsmayılov Salyanda ana, atası və qardaşı arvadını bıçaqlamaqda şübhəli bilinərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Hadisə zamanı saxlanılan şəxsin anası 1971-ci il təvəllüdlü İsmayılova Çiçək Musa qızı aldığı xəsarətlərdən ölüb.