BAKI, 31 yanvar. TELEQRAF
“İranda baş verən son hadisələrdə ABŞ Prezidenti Donald Tramp, İsrail Baş naziri Benyamin Netanyahu və Avropa ölkələri təhrik və parçalanma istəyirdilər”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
“Günahsız insanlar etirazlara qoşuldular. Normal etirazlarda silah istifadə edilmir, hərbçilər öldürülmür, ambulans və bazarlar yandırılmır. Biz etirazçıların səsini dinləməli və problemlərini həll etməliyik”, - o bildirib.
Məsud Pezeşkian iddia edib ki, ölkə rəhbərliyi parçalanmaya apara biləcək toqquşmaların qarşısını alıb və alacaq:
“Rəhbərlik və onun mövcudluğu həmişə belə planları boşa çıxarıb və çıxaracaq. Amma bu, məsul şəxslər olaraq davranışımız və münasibətlərimizi nəzərdən keçirməməli olduğumuz anlamına gəlmir. Çünki bir tərəf düşməndir, digər tərəf isə bizik, fəaliyyət, baxış və ünsiyyətlə bağlı islahatlar aparmalıyıq”.