BAKI, 19 yanvar. TELEQRAF
İsrail və iki digər regional ölkə İranda hakimiyyət dəyişikliyini dəstəkləyir.
Teleqraf xəbər verir ki, bu barədə “Israel Hayom” qəzeti mənbələrə istinadla məlumat yayıb.
Nəşr söhbətin hansı iki ölkədən getdiyini yazmasa da, İsrail Baş naziri Benyamin Netanyahunun onlara bu məqsədin həyata keçirilməsi üçün bütün zəruri dəstəyi təmin etmək sözünü verdiyini bildirib.
Məlumatda qeyd olunur ki, ABŞ-nin İrana qarşı ciddi addımları qaçılmaz hesab edilir və bu, yalnız zaman məsələsidir.