BAKI, 15 yanvar. TELEQRAF
İran və İsrail Rusiyanın vasitəçiliyi ilə gizli şəkildə bir-birinə hücum etməmək barədə razılığa gəlib.
Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” mənbələrə istinadla bildirib.
Qeyd edilib ki, dekabrın sonlarında, İranda etirazlar başlamazdan bir neçə gün əvvəl İsrail rəsmiləri Rusiya vasitəsilə İran rəhbərliyinə İsrailə hücum edilməsə, İrana zərbə endirməyəcəklərini deyiblər. İran da qabaqlayıcı zərbə endirməkdən çəkinəcəyini bildirib.
Nəşrin yazdığına görə, İran İsrailin verdiyi zəmanətlərin səmimiliyinə inansa da, ABŞ-nin hücum ehtimalının hələ də qaldığına inanır.