BAKI, 15 yanvar. TELEQRAF

“İsrail İrana hərbi zərbələr endirə bilər”.

Teleqraf xəbər verir ki, bunu Avstriyanın keçmiş xarici işlər naziri Karin Knaysl bildirib.

“Bu mümkündür, israillilərin özləri deyirlər. Bu, bizim fərziyyəmiz deyil. Netanyahu dəfələrlə bunu bəyan edib, kabinetin digər üzvləri də eyni şeyi deyiblər. Əgər İran yenidən tədqiqatlarında uranı hərbi məqsədlər üçün zənginləşdirə biləcək nöqtəyə qədər irəliləsə, Netanyahunun sözlərinə görə, İsrail özünü İrana zərbə endirməkdə haqlı hesab edəcək”, - keçmiş nazir vurğulayıb.