BAKI, 7 yanvar. TELEQRAF
İran və ABŞ arasında hazırda danışıqlar mümkün deyil.
Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər naziri Abbas Əraqçi jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, İran danışıqlardan imtina etməyib:
"İran heç vaxt danışıqlar masasını tərk etməyib və həmişə hörmət və qarşılıqlı maraqlara əsaslanan dialoqa hazırdır. Lakin hazırda ABŞ hökumətində bu cür yanaşma mövcud deyil".