BAKI, 29 dekabr. TELEQRAF

İsrail Baş naziri Benyamin Netanyahu bu axşam ABŞ Prezidenti Donald Trampla görüşündə Vaşinqtonu İranın raket obyektlərinə zərbə endirməyə razı salmağa çalışacaq.

Teleqraf xəbər verir ki, bu barədə “The Washington Post” (WP) mənbələrə istinadla məlumat yayıb.

Nəşrin mənbələri bildirib ki, Netanyahu İranı İsrailin maraqları üçün regional təhlükə kimi görməyə davam edir, bu səbəbdən hərb hücumlar üçün ABŞ-nin razılığını almaq niyyətindədir.

ABŞ və İsrail liderləri arasında görüş bu gün Floridada baş tutacaq.