BAKI, 29 dekabr. TELEQRAF
“Hökumət səthi islahatlar əvəzinə köklü islahatlar həyata keçirməyi qarşısına məqsəd qoyub”.
Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian deyib.
O qeyd edib ki, iqtisadi problemlərin öhdəsindən gəlmək üçün “böyük cərrahi əməliyyatlar”a ehtiyac var.
Pezeşkian bəzi gəlir qruplarının subsidiyalarının kəsilməsinə etirazlara münasibət bildirərək söyləyib ki, subsidiyaların ədalətsiz bölgüsündən faydalananların etirazı təbiidir.
“Hazırkı subsidiya bölgüsü səmərəsizdir, vəsaitlər əhaliyə real şəkildə çatmır”, - İran Prezidenti əlavə edib.