BAKI, 29 dekabr. TELEQRAF

“Həmişə tövsiyə etmişəm ki, rejimi diz çökdürmək üçün təsirli yol küçə etirazları ilə yanaşı, tətillər və vətəndaş itaətsizliyidir”.

Teleqraf xəbər verir ki, bunu İranın sonuncu şahı Məhəmmədrza Pəhləvinin oğlu Rza Pəhləvi ölkədə dolların rekord həddə bahalaşması, Tehran bazarlarında baş verən etirazlar və tətillər fonunda X sosial şəbəkəsində yazıb.

O xatırladıb ki, bir il əvvəl dolların məzənnəsi 82 min tümənə çatanda İran xalqını rejimi diz çökdürmək üçün tətil və itaətsizliyə çağırmışdı.

“Bütün həmvətənlərimdən xahiş edirəm ki, peşəkar tələblərdən kənara çıxaraq bir-birlərinin etirazlarını dəstəkləsin və müdafiə etsinlər. İran xalqının bütün təbəqələrinin həmrəyliyi və birliyi ilə daha böyük məqsədə - İranın azadlığı və xilasına nail olmaq mümkündür”, - Rza Pəhləvi vurğulayıb.