BAKI, 11 dekabr. TELEQRAF

“Yaxın Şərqdəki bütün problemlərin kökü İrandır”.

Teleqraf xəbər verir ki, bunu respublikaçı senator Lindsey Qrem (ABŞ) deyib.

“Yaxın Şərqdəki bütün problemlərin kökü İrandır. Ümid edirəm ki, gələn ilə bu məsələni həll edəcəyik, “Hizbullah”ı tərksilah edə, HƏMAS-ı məhv edə və İsraillə Səudiyyə Ərəbistanı arasında münasibətləri normallaşdıra biləcəyik”, - o bildirib.