BAKI, 24 noyabr. TELEQRAF
İran Ali Təhlükəsizlik Şurasının katibi Əli Laricani Heysəm Əli Təbətəbai və “Hizbullah”ın digər üzvlərinin öldürülməsinə reaksiyasında İsraillə birbaşa müharibəyə çağırıb.
Teleqraf xəbər verir ki, o, baş verənlərə görə İsrail Baş naziri Benyamin Netanyahunu ittiham edib.
Laricaninin sözlərinə görə, Netanyahu macərasına davam edir və hamını o qənaətə gətirib ki, artıq İsraillə birbaşa qarşıdurmadan başqa yol qalmayıb.
“Hizbullah” bundan əvvəl bəyan edib ki, bazar günü İsrailin həyata keçirdiyi hücumda hərəkatın komandiri Təbətəbai və daha 4 üzvü öldürülüb, 28 nəfər yaralanıb.