BAKI, 21 noyabr. TELEQRAF
“Fransa, Almaniya, Böyük Britaniya və ABŞ gərginlik yaratmağa çalışır”.
Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi Tehranın nüvə proqramının Atom Enerjisi üzrə Beynəlxalq Agentlik (AEBA) tərəfindən yenidən pislənməsinə cavab olaraq bildirib.
O qeyd eidb ki, Tehran buna cavab olaraq AEBA ilə Qahirədə əldə olunmuş razılaşmadan çıxıb:
“İran AEBA İdarə Heyətinin qətnaməsinə cavab olaraq bu qurumla əməkdaşlıq üçün Qahirədə əldə edilmiş razılaşmadan çıxdığını rəsmi şəkildə bəyan edir. Bu sazişin pozulmasının məsuliyyəti Böyük Britaniya, Almaniya, Fransa və ABŞ-nin üzərindədir”.
İran XİN rəhbəri həmçinin Tehran-Vaşinqton danışıqları zamanı İsrailin hücumu və üç Avropa ölkəsinin sanksiyalarla bağlı “tətik mexanizmi”ni aktivləşdirməsinə toxunub: “Bu xoşagəlməz və utancverici proses bizi bu nöqtəyə gətirdi”.