BAKI, 6 avqust. TELEQRAF
Səhhətində yaranan problemlə əlaqədar bir müddətdir Ankarada xəstəxanada müalicə alan Türkiyənin sabiq şəhərsalma və infrastruktur naziri Mustafa Dəmir vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
22, 23 və 24-cü dönəmlərdə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) millət vəkili olan M.Dəmir 2009-2011-ci illərdə şəhərsalma və infrastruktur naziri vəzifəsində çalışıb. O, 2019-cu ildə keçirilən yerli seçkilərdə qalib gəlib və bir müddət Samsun bələdiyyəsinin sədri olub.
Ankarada xəstəxanada vəfat edən 64 yaşlı sabiq nazir üçün bu gün Samsunda dəfn mərasimi keçiriləcək. Mərasimdən sonra M.Dəmirin cənazəsi doğulduğu Trabzonun Şalpazarı rayonuna aparılacaq.