BAKI, 25 iyun. TELEQRAF
“Atəşkəs hər kəsin, o cümlədən İranın qələbəsidir”.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
ABŞ Prezidenti İsrail və İran arasındakı atəşkəs ətrafında vəziyyəti “çox yaxşı” adlandırıb:
“Düşünürəm ki, hər şey çox yaxşıdır. Dünən İsrail təyyarələri geri qaytardı. Onlar atəşkəs rejiminin pozulduğunu hiss etdikləri üçün onları göndərmişdilər. Texniki cəhətdən də haqlı idilər, amma bu, heç bir nəticə verməzdi. Təyyarələri geri qaytardılar. Mən də bəyan etdim ki, onları geri qaytarmalısınız. Onlar da qaytardılar və bu, əla idi. Hər şey çox yaxşı gedir”.
Tramp həmçinin qeyd edib ki, atəşkəs hamının, o cümlədən İranın qələbəsidir.