BAKI, 24 iyun. TELEQRAF

Qətər İsrail ilə İran arasında atəşkəsin əldə olunmasını alqışlayır və bu addımın bölgədə və dünyada münaqişələrin dialoq və diplomatik yollarla həlli üçün möhkəm bir əsas olacağına ümid etdiyini bildirir.

Teleqraf xəbər verir ki, bu barədə Qətər Xarici İşlər Nazirliyi məlumat yayıb.

Nazirlik qeyd edib ki, əldə olunmuş razılaşma bölgədə sabitliyin möhkəmləndirilməsi və davamlı, hərtərəfli sülhün qurulması istiqamətində mühüm bir irəliləyişdir.

Eyni zamanda bəyanatda vurğulanıb ki, İranın Qətərin suverenliyi və hava məkanına qarşı həyata keçirdiyi hücum bölgədəki təhlükəli gərginliyin tərkib hissəsidir. Nazirliyin açıqlamasına görə, bu cür məsuliyyətsiz addımların qarşısını almaq üçün beynəlxalq ictimaiyyətin birlikdə və səmimi şəkildə hərəkət etməsi vacibdir.