BAKI, 24 iyun. TELEQRAF
Türkiyə İsrail və İran arasında atəşkəs barədə əldə olunan razılaşmanı alqışlayır və qarşıdakı həssas dövrdə atəşkəsin tam şəkildə qorunmasına çağırır.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin yayımladığı bəyanatda bildirilir.
Bəyanatda qeyd olunub: “İsrail və İran arasında atəşkəs barədə əldə olunan razılaşmanı müsbət qarşıladığımızı bildiririk. Atəşkəsin pozulması ilə bağlı xəbərləri diqqətlə izləyirik və bütün tərəfləri qarşıdakı kritik mərhələdə atəşkəs rejiminə tam riayət etməyə çağırırıq".