BAKI, 24 iyun. TELEQRAF

“İran İsrail və havadarlarının yeni hücumlarına sarsıdıcı cavab verəcək”.

Teleqraf xəbər verir ki, bu barədə İran Ali Milli Təhlükəsizlik Şurasının bəyanatında bildirib.

“Ali rəhbərin (Əli Xamenei) göstərişlərinə uyğun olaraq, İran Silahlı Qüvvələri tam kəşfiyyata və hazırlığa əsaslanaraq, sionistlər (İsrail nəzərdə tutulur - red.) və havadarlarının istənilən addımlarına ağrılı, sərt və qəti cavab verməyə hazırdır”, - bəyanatda vurğulanıb.