BAKI, 24 iyun. TELEQRAF
İran və İsrail arasında atəşkəs razılaşması qüvvəyə minib.
Teleqraf xəbər verir ki, bu barədə İranın “Press” telekanalı məlumat yayıb.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl İsrail və İran arasında atəşkəs razılaşması əldə olunduğunu və onun artıq qüvvəyə mindiyini açıqlayıb. Dövlət başçısı tərəfləri atəşkəsə əməl etməyə çağırıb.