BAKI, 24 iyun. TELEQRAF

İran ABŞ-yə İsrailin hücumları dayandırması şərti ilə danışıqlar masasına qayıdacağına söz verib.

Teleqraf xəbər verir ki, bu barədə “Vaşinqton Post” ABŞ rəsmilərinə istinadla məlumat yayıb.

“Atəşkəs təklifi İran rəsmiləri ilə müzakirələrdən sonra gəlib. İranlılar Tramp administrasiyasına İsrailin hücumları dayandırması şərti ilə danışıqlar masasına qayıdacağına və nüvə proqramını müzakirə edəcəklərinə söz veriblər”, - ABŞ rəsmisi deyib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp bundan əvvəl İran və İsrail arasında atəşkəs razılaşmasının əldə olunduğunu açıqlayıb. İyunun 24-də səhər saatlarında atəşkəs razılaşmasının qüvvəyə mindiyi bildirilib.