BAKI, 21 iyun. TELEQRAF
İranın Ali rəhbəri Əli Xameneinin müşaviri, İsrailin iyunun 13-də həyata keçirdiyi sui-qəsd cəhdindən salamat çıxan Əli Şamxani X hesabında paylaşım edib.
Teleqraf xəbər verir ki, o, paylaşımında “qisas” vədi verib.
“Mənim taleyim yaralı halda sağ qalmaq idi, buna görə də düşmənə nifrət mənbəyi olaraq sağ qaldım. Mən özümü İran üçün yüz dəfə qurban verərdim. Ümidli bir xalqla döyüşmək, onun ən böyük uğurudur. Şəhidlərin güləcəkləri gün yaxındır”, - Şamxani qeyd edib.
Xatırladaq ki, iyunun 13-də Əli Şamxaninin İsrail Hərbi Hava Qüvvələrinin İranın paytaxtı Tehrana zərbələri nəticəsində öldüyü barədə məlumat yayılmışdı.