BAKI, 19 iyun. TELEQRAF
“Sionist rejimin (İsrail) amerikalı dostlarının meydana daxil olması və belə bəyanatlar verməsi bu rejimin zəif və bacarıqsızlığına işarədir”.
Teleqraf xəbər verir ki, bunu İranın Ali rəhbəri Əli Xamenei X sosial şəbəkəsində yazıb.
Xamenei başqa bir paylaşımında Quranın “Ali-İmran” surəsinin 126-cı ayəsindən sitat gətirib:
“Allah bunu sizin üçün yalnız müjdə olsun və qəlbləriniz rahatlasın deyə etdi. Qələbə ancaq yenilməz qüdrət və hikmət sahibi olan Allahdandır”.