BAKI, 17 iyun. TELEQRAF

İran rəhbərliyi ölkənin ali rəhbəri Əli Xameneinin İsrail tərəfindən öldürülə biləcəyindən narahatdır.

Teleqraf xəbər verir ki, bu barədə “Reuters” mənbələrə istinadla məlumat yayıb.

“Ali rəhbərin ətrafındakı bir çox yüksək vəzifəli şəxslərin öldürülməsi ilə təhlükəsizlik sisteminin rəhbərliyində yaranmış boşluqlardan sonra Xameneinin çevrəsində strateji səhvlər və yanlış hesablamalarla bağlı narahatlıqlar artıb”, - mənbə agentliyə deyib.

Agentlik həmçinin iddia edib ki, həyati təhlükənin artmasından sonra İranın təhlükəsizlik qurumlarının rəhbər şəxsləri ölkədən qaçmağa çalışırlar.