BAKI, 17 iyun. TELEQRAF
İsraildən İranın nüvə obyektlərinə hücumların miqyasının genişlənməsi gözlənilir.
Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü briqada generalı Efi Duffer məlumat verib.
“Biz həm hədəflər, həm də coğrafi baxımdan İranın bütün nüvə komponentlərinə dəyən zərəri genişləndiririk”, - general bildirib.
Duffer əlavə edib ki, iyunun 13-dən əməliyyatların başlanmasından bəri İranın nüvə obyektlərinə dəyən zərərin həcmi artır.