BAKI, 13 iyun. TELEQRAF

İsrail ordusu Təbriz şəhərinin hava limanı ətrafını yenidən raket hücumuna məruz qoyub. Bu, son sutka ərzində bölgəyə edilən ikinci hücumdur.

Teleqraf xəbər verir ki, bu barədə İranın "Fars" agentliyi məlumat yayıb.

Hücum nəticəsində mümkün itkilər və dağıntılarla bağlı hələlik rəsmi məlumat verilməyib.

Hadisə yerində xilasedicilərin fəaliyyəti davam edir.

***

16:30

İranın Təbriz şəhəri sutka ərzində üçüncü dəfə İsrail tərəfindən hücuma məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə "NourNews" məlumat yayıb.

Hücum nəticəsində şəhərdə ciddi dağıntılar və insan tələfatı qeydə alınıb.

Hadisənin təfərrüatları barədə əlavə məlumatlar hələlik açıqlanmayıb.

***

14:46

İsrailin İranın Təbriz şəhərinə endirdiyi hava zərbələri nəticəsində 5 nəfər həyatını itirib, 12 nəfər isə yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə yerli hakimiyyət orqanları məlumat yayıb.

***

13:29

İranın Təbriz şəhəri ətrafında növbəti dəfə partlayış səsləri eşidilib.

Teleqraf-ın xəbərinə görə, bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Partlayış bölgədə yerləşən hərbi obyektlərin birində baş verib.

Hadisənin səbəbi kimi İsrailin mümkün hücumları göstərilir. Hazırda partlayışlarla bağlı araşdırma aparılır, rəsmi dairələrdən insidentlə bağlı ətraflı açıqlama verilməyib.

Təbrizdə eşidilən partlayış səslərinin səbəbi məlum olub. Bildirilib ki, İsrail Təbriz aeroportuna zərbələr endirib. Şəhərdə yerləşən “Şekari” Hava Hücumundan Müdafiə Qərargahı da hücuma məruz qalıb.