BAKI, 20 may. TELEQRAF
Avropa İttifaqı (Aİ) ölkələri Suriyaya qarşı sanksiyaları ləğv etmək barədə razılığa gəlib.
Teleqraf xəbər verir ki, bu barədə Aİ-nin xarici işlər və müdafiə nazirlərinin bu gün Brüsseldə keçirilən iclasında qərar verilib.
***
12:00
Avropa İttifaqının (Aİ) xarici işlər nazirləri Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək niyyətindədir.
Teleqraf xəbər verir ki, bunu Aİ-nin xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas Aİ xarici işlər və müdafiə nazirlərinin toplantısından əvvəl deyib.
“Bu gün Suriyaya qarşı iqtisadi sanksiyaları ləğv etmək niyyətindəyik”, - Kallas bildirib.