BAKI, 12 aprel. TELEQRAF

Ağ Evin sözçüsü Kerolayn Levitt brifinqdə ABŞ Prezidenti Trampın gələn ay Yaxın Şərq ölkələrinə səfəri ilə bağlı açıqlamalar verib.

Teleqraf xəbər verir ki, ondan Trampın region turu çərçivəsində Türkiyəyə səfər edib-etməyəcəyi soruşulub.

“Hazırda prezidentin xaricə səfəri ilə bağlı Səudiyyə Ərəbistanına gedəcəyini deməkdən başqa heç bir təfərrüatım yoxdur. Ancaq bu səfər çərçivəsində başqa ölkələr də ola bilər.

Hazırda təfərrüatlar üzərində işləyirik, ən qısa zamanda bu səfərin detallarını açıqlayacağıq. Səfərin təfərrüatları təsdiqləndikdən sonra hamınızı xəbərdar edəcəyəm”, - Levitt suala cavabında deyib.