BAKI, 11 aprel. TELEQRAF

SEPAH-ın (İslam İnqilabı Keşikçiləri Korpusu) "Həmzə Seyyid əl-Şühəda" qərargahının komandiri dəyişilib.

Teleqraf xəbər verir ki, bu barədə yerli media məlumat verib.

Məlumata görə, azərbaycanlı Əliəkbər Cəmşidianın yerinə miliyyətcə lor olan Əmanullah Gəştasebi təyin edilib.

Uzun illərdən sonra əksəriyyətinin azərbaycanlılardan ibarət olduğu qərargaha qeyri-azərbaycanlı komandirin təyin edilməsi təəccüblə qarşılaşıb.

SEPAH-ın "Həmzə Seyyid əl-Şühəda" qərargahı İranın Qərbi Azərbaycan və Kürdüstan əyalətlərində yerləşir. Azərbaycan (Naxçıvan), Türkiyə və Şimali İraqın sərhədlərinə bu qərargah nəzarət edir.

Qeyd edək ki, birbaşa Ali Rəhbərə tabe olan SEPAH Xomeyninin əmri ilə 1979-cu ildə yaradılmışdır.