BAKI, 11 aprel. TELEQRAF

Əgər ABŞ-nin tək tələbi İrandan nüvə silahı istehsalından imtina etmək olsa, Omandakı danışıqlarda asanlıqla razılığa gələ bilərlər.

Teleqraf xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin siyasi məsələlər üzrə müavini Məcid Təxt Rəvançini bildirib.

"Amerikalılar deyirlər ki, İranda nüvə silahı olmamalıdır. Biz isə daim bildiririk ki, bizi nüvə silahı maraqlandırmır. Beləliklə, əgər amerikalıların tək tələbi İranın nüvə silahından imtina etməsi olarsa, biz yeni bir razılaşma əldə edə bilərik”,- o qeyd edib.

Qeyd edək ki, İran və ABŞ nümayəndə heyətləri arasında ilk məsləhətləşmə raundu aprelin 12-də Omanda keçiriləcək.