BAKI, 10 aprel. TELEQRAF

ABŞ və İsrail İranı hərbi güclə hədələməyə davam edərsə, Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə (AEBA) əməkdaşlığı dayandıracağıq və agentliyin bütün müfəttişlərini ölkədən qovacağıq.

Teleqraf xəbər verir ki, bunu İranın ali dini rəhbəri Əli Xameneyinin müşaviri Əli Şəmxani deyib.

“Xarici ölkələrdən davam edən təhdidlər və İrana hərbi hücum cəhdi AEBA müfəttişlərinin qovulması və onunla əməkdaşlığın dayandırılması kimi çəkindirici tədbirlərin tətbiqinə səbəb ola bilər. Digər tədbir zənginləşdirilmiş uranın İran daxilində təhlükəsiz və naməlum yerlərə daşınması ola bilər”, - müşavir qeyd edib.