
BAKI, 8 aprel. TELEQRAF
Aprelin 7-i axşam saatlarında İranın Simnan əyalətinin Damğan şəhərinin Mehmanduyə kəndində yerləşən daş kömür mədənində 7 mədənçi həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Məlumata görə, işçilər zəhərli qaz sızması nəticəsində həyatlarını itiriblər.
Ölənlərdən 3-ünün İran, 4-nün isə əcnəbi olduğu bildirilib.