BAKI, 8 aprel. TELEQRAF

Yəmənin “Ənsarallah” qruplaşmasının (husilər) kəşfiyyat rəhbəri Əbdül Nasir əl-Kamali ABŞ-nin hava hücumları zamanı məhv edilib.

Teleqraf xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Hadath” portalı məlumat yayıb.

Qruplaşmadan bildirilib ki, ABŞ döyüş təyyarələri gecə ərzində husilərin nəzarətində olan paytaxt Səna və ətraf ərazilərə 11 zərbə endirib.