BAKI, 18 mart. TELEQRAF

İsrail ordusu Qəzza zolağında Fələstinin “HƏMAS” hərəkatının mövqelərinə zərbələr endirib.

Teleqraf xəbər verir ki, bu barədə İsrail Müdafiə Nazirliyi məlumat yayıb.

Əməliyyatıb təfərrüatı açıqlanmır.

2023-cü il oktyabrın 7-də HƏMAS silahlıları Qəzza zolağından İsrail ərazisinə daxil olaraq yerli sakinləri qətl edib, bəzilərini girov götürüb.

Bununla da Yaxın Şərqdə vəziyyət kəskin pisləşib. Buna cavab olaraq İsrail Fələstin anklavında bu il yanvarın 19-dək quru əməliyyatı həyata keçirib.