
BAKI, 15 fevral. TELEQRAF
Fələstin adlandırılan yer İsrail torpağıdır.
Teleqraf xəbər verir ki, bunu İsrail xarici işlər naziri Gideon Saar deyib.
Münxen Təhlükəsizlik Konfransında fələstinli müxbirin sualını cavablandıran nazir bildirib:
“Fələstinlilər öz dövlətlərini qurmaqdan daha çox İsraili məhv etməkdə maraqlıdırlar. Bizim təxribatdan heç vaxt əl çəkməyən düşmənimiz var. Fələstin adlandırdığınız yer İsrail torpağıdır”.