Bakının Sabunçu rayonunda cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Zabrat qəsəbəsi, Tranvay küçəsi, ev 1 ünvanında qeydə alınıb.
Həmin ünvanda yaşayan 1988-ci il təvəllüdlü Xəyal Quliyev qardaşı, 1987-ci il təvəllüdlü Emin tərəfindən döyülüb. Hadisə zamanı xəsarət alan Xəyal Quliyevə tibbi yardım göstərilib.
Xəyal Quliyev qardaşı tərəfindən döyülməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 15-ci polis bölməsinə ərizə ilə müraciət edib. O, bildirib ki, hadisə şəxsi münasibətlər zəminində baş verib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov