BAKI, 12 mart. TELEQRAF
Bakının Yasamal rayonu ərazisində 7-ci sinif şagirdinə məxsus “iPhone 16”nı oğurlayan şəxs həbs olunub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, məhkəmə qərarı ilə 1984-cü il təvəllüdlü Sadiq Məmmədov 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məlum olub ki, 13 yaşlı məktəbli Yasamal rayonu, Mehdi Hüseynzadə parkında çantasını parkda olan oturacağa qoyub və futbol oynayıb. Bu zaman fürsətdən istifadə edən təqsirləndirilən şəxs onun çantasından dəyəri 3000 manat olan mobil telefonu oğurlayıb.
Qeyd edək ki, Sadiq oğurladığı telefonu daha sonra tanışı olan şəxsə 25 manata satıb. Yasamal polisi mobil telefonun sahibinə qaytarılmasını təmin edib.