GƏNCƏ, 12 mart. TELEQRAF
44 yaşlı atasını ov tüfəngi ilə qətlə yetirməkdə şübhəli bilinən Kənan Nağıyev polis əməkdaşları tərəfindən saxlanılıb.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Kənan Nağıyevin 17 yaşı var.
***
06:43
Gəncənin Gülüstan qəsəbəsində ağır cinayət hadisəsi baş verib.
Teleqraf-ın Qərb bürosu xəbər verir ki, Daşkəsən rayon sakini olan bir şəxs mübahisə zəminində atası Elçin Nağıyevi güllələyib.
Məlumata görə, hadisə ailədaxili mübahisə zamanı baş verib. Od tüfəngi ilə atəş açılması nəticəsində Elçin Nağıyev hadisə yerində həyatını itirib.
Hadisəni törədən şəxs məktəblidir. Meyid hazırda Məhkəmə Tibbi Ekspetiza və Patalogi Anatomiya Birliyinin Gəncə şəhər Şöbəsinə yerləşdirilib.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma başlanılıb.