BAKI, 9 mart. TELEQRAF
Azərbaycanda dələduzluq etdiyi üçün axtarışda olan 14 nəfər məsuliyyətə cəlb edilib.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Məlumata görə, polis əməkdaşlarının martın 7-də və 8-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 14 nəfər saxlanılaraq istintaqa təhvil verilib.