BAKI, 18 mart. TELEQRAF
“CHELEBI” Məhdud Məsuliyyətli Cəmiyyəti nizamnamə kapitalını 63.000 manat azaldıb.
Teleqraf Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, şirkət nizamnamə kapitalını 4 milyon 645 min manatdan 4 milyon 582 min manata endirib.
Qeyd edək ki, nizamnamə kapitalının azaldılması əsasən şirkətin xalis aktivlərinin dəyərinin nizamnamə kapitalından aşağı düşməsi (maliyyə itkiləri), nizamnamə kapitalının həqiqətən ödənilməməsi, struktur dəyişiklikləri, təsisçilərə vəsaitin qaytarılması və ya şirkətin kiçilməsi məqsədilə həyata keçirilir.
Bu addım həm də qanunvericiliyin tələblərinə (Mülki Məcəllənin 94-cü maddəsi) uyğunlaşma məqsədi daşıya bilər. Belə ki, xalis aktivlərin azalması əksər hallarda şirkətin zərərlə işləməsi ilə bağlı olur.