GƏNCƏ, 18 mart. TELEQRAF

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf-ın Qərb bürosu xəbər verir ki, 1976-cı il təvəllüdlü Elsəvər Allahverdiyev idarə etdiyi "Volkswagen" markalı avtomobili ilə idarəetməni itirərək əvvəlcə hasara, daha sonra isə yaxınlıqdakı şüşə sexinə çırpılıb.

Hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb. Qəza yerinə aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.

Hadisə şəhərin Poçt qəsəbəsində qeydə alınıb. Qəza yerinə aidiatlı qurumların rəsmiləri cəlb olunub.