BAKI, 18 mart. TELEQRAF

“İranda hakimiyyət dəyişikliyinin olması arzuolunandır”.

Teleqraf xəbər verir ki, bunu Almaniya xarici işlər naziri Yohann Vadeful deyib.

Həmçinin o, xəbərdarlıq edib ki, ABŞ və İsrailin davam edən hərbi əməliyyatlarının nizamlı hakimiyyət dəyişikliyinə səbəb olacağı gözlənilə bilməz.

“Hiss edirəm ki, Avropa həm İran, həm də Ukrayna müharibələrində mühüm rol oynayacaq”, - Yohann Vadeful əlavə edib.