BAKI, 18 mart. TELEQRAF

Azərbaycanın gənc MMA döyüşçüləri Asəf Çopurovla Məhəmmədəli Osmanlı UFC təşkilatı ilə danışıqlar aparırlar.

Teleqraf-ın əldə etdiyi məlumata görə, hər iki idmançının Bakıda keçirilməsi gözlənilən növbəti döyüş gecəsində iştirakı gözlənilir.

21 yaşlı Məhəmmədəli Osmanlı karyerası ərzində keçirdiyi 13 döyüşün 12-də qalib gəlib.

24 yaşlı Asəf Çopurov isə iştirak etdiyi 9 qarşılaşmanın hamısında sevinən tərəf olub.

Qeyd edək ki, UFC-nin Bakıdakı ilk turniri 2025-ci ilin iyununda baş tutmuşdu. Növbəti döyüş gecəsinin də məhz iyun-iyul aylarında təşkil olunacağı ehtimal olunur.